"Türkiyədə təhsil alan tələbələrə məsləhət görərdim ki, Xəzər dənizi ilə Qazaxıstana getsinlər, oradan da isə Türkiyəyə. Bu yol daha ucuz başa gəlir. Məsafə çox uzaq olsa da, qiymətlər iki dəfə ucuzdur”.
Den.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib. Ekspert hesab edir ki, iqtisadiyyatda inhisarçı mövqedə olan sahibkarlıq subyekti fəaliyyət göstərirsə o həmin sahibkar inhisarçı olduğuna görə qiymətin bahalaşdırılmasında maraqlı olur:
"Dövriyyə nə vaxt artmağa başlayırsa, qiymətlər artır. Dövriyyə azalanda isə qiymətlər azalmır, sabitləşir. Azərbaycanda AZAL və ona bağlı olan digər şirkətlər bazarda inhisarçıdır. Onlar dövriyyənin, yəni biletlərə təlabatın artığını görüb qiymətləri artırırlar. Onsuz da onların rəqibi yoxdur, qiymətləri bahalaşdıranda heç bir rəqibə uduzmurlar”.
O, hesab edir ki, AZAL bazarda qiyməti diqtə edir: "Ona görə də qiyməti bahalaşdırır. Düzdür, bunun bir humanizm tərəfləri var, tələbədirlər, onlar bizim gələcəyimizdir. Tələbələrə güzəşt etmək lazımdır. AZAL-ın biznes maraqları humanist hisslərə üstün gəlir. Bunun yeganə yolu bu bazarı inhisardan xilas eləməkdir. AZAL-ı özəlləşdirmək lazımdır. Azərbaycana dünyanın digər beynəlxalq aviakompaniyalarını dəvət eləmək və onun inhisarçılığını aradan qaldırmaq lazımdır”.
Ekspertin fikirincə, yalnız bundan sonra vəziyyət düzələ bilər: "Ermənistan-Türkiyə-Ermənistan biletinin qiyməti 311 manat, Bakı-İstanbul-Bakı qiyməti 822 manatdır. Gürcüstandan isə bu qiymətlər bir az da aşağıdır - 240 manatdır. Nə qədər böyük fərq edir. Bu fərqi yaradan isə yalnız rəqabətli mühitidir. Rəqabət mühitini yaratmasaq bu belə də davam edəcək”.