Gələn aydan etibarən bəzi məhsulların qiyməti bahalaşa bilər.
Den.az Xəzər TV-yə istinadla xəbər verir ki, bunu Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, qiymət artımı əsasən ərzaq məhsullarında gözlənilir. Yay mövsümü bitəndən sonra bazarda qiymətlərlə bağlı dəyişklik qaçılmaz olacaq.
Bir sıra yerli kənd təsərrüfatı məhsullarının bahalaşcağı da proqnozlaşdırılır.
Akif Nəsirli əlavə edib ki, kəskin bahalaşmanın qarşısını almaq üçün süni qiymət artımına qarşı adekvat tədbirlərin görülməsi vacibdir.