Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı modellərinin yaradılması planlaşdırılır.
Bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “2026–2030-cu illər üçün Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nda öz əksini tapıb.
Plana əsasən, göstərilən dövr ərzində çevik iş vaxtı modellərinin tətbiqi ilə bağlı normativ-hüquqi akt layihələri hazırlanaraq aidiyyəti qurumlara təqdim edilməlidir.
Proqramın icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub.

