Azərbaycanda 1 iyul tarixinə 248,5 min nəfər işsiz kimi qeydə alınıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının yarımillik “Pul siyasəti icmalı”nda məlumat verilib.
Hesabata əsasən, 1 yanvarla müqayisədə qeydiyyatda olan işsizlərin sayı 3,6% artıb.
İllik müqayisədə isə artım daha yüksək olub. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə göstərici 8,5% yüksəlib.

