2026-cı ilin ikinci Ay tutulması avqustun 28-də baş verəcək.
Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Məlumata görə, bu dəfə Ay Yerin kölgəsinin yalnız bir hissəsindən keçəcək və nəticədə qismən Ay tutulması müşahidə olunacaq. Ayın bir hissəsi qaralacaq, digər hissəsi isə işıqlı qalacaq.
Tutulmanın mərhələləri belə olacaq:
- 05:23:55 – yarımkölgəli tutulma başlayacaq;
- 06:33:48 – qismən tutulma başlayacaq;
- 08:12:53 – tutulmanın maksimum mərhələsi;
- 09:51:55 – qismən tutulma başa çatacaq;
- 11:01:41 – yarımkölgəli tutulma tam başa çatacaq.
Ay tutulmasını Avropa, Afrika, Asiya və Amerikanın müxtəlif ərazilərindən müşahidə etmək mümkün olacaq.
Azərbaycanda isə tutulmanın yalnız yarımkölgəli mərhələsinin bir hissəsi görünəcək. Belə ki, hadisəni səhər saat 05:23-dən 05:55-dək, Ay üfüqdə batana qədər müşahidə etmək mümkün olacaq.

