Xankəndidə sentyabrın 11-də əmək yarmarkası keçiriləcək. Tədbirdə 25 müəssisə iştirak edəcək və dövlət, eləcə də özəl sektorda müxtəlif ixtisaslar üzrə 200-dən çox vakansiya təqdim olunacaq.
Denmedia.az-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən verdiyi məlumata görə, yarmarka şəhərdəki ticarət mərkəzində saat 10:00-da başlayacaq.
Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi yarmarkada mühəndis, həkim, tibb bacısı, laborant, mühasib-kassir, satıcı-kassir, xidmət rəisi, elektromexanik, elektrik, qaynaqçı, aşpaz, qeydiyyatçı, dərzi, satınalma üzrə mütəxəssis, çörəkçi, anbardar, çeşidləyici, sürücü, traktorçu-mexanizator və digər peşələr üzrə vakansiyalar təqdim ediləcək.
Vakansiyalar Xankəndi, Şuşa, Ağdam, Ağdərə və Xocalını əhatə edir.

