Bu ilin yanvar–iyul aylarında Ədliyyə Nazirliyinin rayon və şəhər qeydiyyat şöbələri tərəfindən 22 130 nikah və 11 678 boşanma qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsinin ölkənin yanvar–avqust ayları üzrə iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə dair məlumatında bildirilib.
Məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,6-dan 3,7-yə enib. Hər 1000 nəfərə düşən boşanmaların sayı isə dəyişməyərək 2,0 səviyyəsində qalıb.

