Azərbaycanda bu gün saat 04:05:08-də astronomik payız başlayıb.
Bu barədə N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, həmin vaxt Günəş göy ekvatorunu keçərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə doğru hərəkət edib. Bu hadisə payız gecə-gündüz bərabərliyi adlanır.
Payız gecə-gündüz bərabərliyi zamanı Günəş şərqdə doğur, qərbdə batır. Bu tarixdə gecə və gündüzün müddəti təxminən bərabər olur.
Bu andan etibarən Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində isə yaz fəsli başlayır.
Astronomik payız fəslinin müddəti 89 gün, 21 saat, 45 dəqiqə və 1 saniyə təşkil edəcək.

