Maşınların üstünə çıxırlar, rahat şəkildə hərəkət edirlər.
Sahibsiz küçə itlərinin bir neçəsi avtomobillərin üstündə, digərləri isə binaların həyətində özlərinə məskən salıb. Sakinlərin kabusuna çevrilən sahibsiz itlərə əksər yaşayış binalarının girişində rast gəlmək mümkündür.
Görüntülər Abşeron rayonundandır.
Sakinlər bildirir ki, sahibsiz itlər onları bəzən evlərinə daxil olmağa qoymurlar. Avtomobillərin alt hissəsindən qəfil çıxaraq insanlara hücum edən itlərin quduz olmasından ehtiyyat edirlər. Məhz buna görə də, aidiyyəti qrumlardan yardım istəyirlər.
Abşeron rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirilib ki, ətraf yaşayış massivlərindən sahibsiz heyvanların rayon ərazisinə kütləvi axını var. Bütün bunları nəzərə alaraq Rayon İcra Hakimiyyəti tərəfindən, mütəxəssislərin də rəyi nəzərə alınmaqla, Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin layihəsi hazırlanıb:
"Layihədə sahibsiz heyvanların müayinəsi, müalicəsi, peyvəndlənməsi üçün otaqlar, həmçinin heyvanların gəzinti sahələri, geniş yaşıllıq zolaqları, o cümlədən istənilən şəxslər tərəfindən himayəyə götürülməsi imkanlarının yaradılması nəzərdə tutulub. Layihənin tikintisi artıq həyata keçirirlir. Bu işlər başa çatdıqdan sonra problem öz həllini tapacaq. Sakinlərdən isə sahibsiz heyvanlara qarşı hümanist davranmağı, azyaşlı uşaqları isə diqqətsiz qoymamağı xahiş edirik",-deyə İcra Hakimiyyətindən bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Bu rayonda sahibsiz itlər hətta avtomobillərin üzərində belə GƏZİRLƏR-FOTO/VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.