Bu gün Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən xüsusi diqqət və qayğı göz qabağındadır. Baş tacımız olan şəhidlərin ailələri hər zaman ölkə başçısı tərəfindən xüsusi qayğı ilə əhatələnir. Onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində çox mühüm addımlar atılır, müvafiq icra hakimiyyəti orqanlarına, eləcə də aidiyyatı dövlət strukturlarına bu istiqamətdə xüsusi tapşırıqlar verilir. Prezidentin tövsiyə və tapşırıqlarının xüsusi formada icra olunduğu rayonlardan biri də Abşerondur. Beləki, bu rayonun İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin şəhid ailələrinə, qazilərə və müharibə veteranlara göstərdiyi xüsusi münasibət heç kimə sirr deyil.
Lakin bəzən görülən işlərə kölgə salmağa çalışanlara da rast gəlinir. Belə ki, son günlər sosial şəbəkələrdə şəhid Mirzəcan Orucovun anası Südabə Həsənovanın yaşadığı evdə qeyri-peşəkar çəkiliş aparan və məqsədli formada problemi öz mahiyyətindən kənarlaşdıraraq Abşeron Rayon İcra Hakimiyyətinin gördüyü işlərə kölgə salmaq istəyən şəxsləri buna misal göstərmək olar. Şəhid ailəsinin görüntüləri sosial şəbəkələrdə yayıldıqdan dərhal sonra Abşeron rayon İcra hakimiyyətinin rəsmiləri, həmçinin İcra Hakimiyyəti yayında ictimai şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova dərhal sözügedən ünvana baş çəkiblər. Məlum olub ki, Şamaxıdan öncə Xırdalana, daha sonra isə Masazıra köç edən ailə cəmi bir ay imiş ki burada məskunlaşıb. Buna baxmayaraq ailə dərhal qeydiyyata alınıb və xüsusi olaraq diqqətdə saxlanılıb. Odur ki, sosial şəbəkələrdə yayılan görüntülərin heç bir əsası yoxdur. Bunu hətta şəhid anası özü də etiraf edib.
İcra Hakimiyyəti yayında ictimai şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova Denaz.tv-yə açıqlamasında bildirib ki, nəinki Abşeron rayonunda yaşayan, hətta bu rayona pənah gətirən bütün müharibə veteranlarına, qazilərə və şəhid ailələrinə də xüsusi diqqət və qayğı göstərilir.
Ata-babalarımızdan gözəl bir deyim bizə miras qalıb: "Dəyirman öz işindədir, çax-çax baş ağrıdır". Abşeron rayon İcra Hakimiyyətinin gördüyü işlərə nə qədər kölgə salmağa çalışsalar da, bütün mənfur planlar alt-üst olacaq. Çünki İcra Hakimiyyətinin başçısının və onun komandasının rayon üçün gördüyü işlər göz qabağındadır və "xalqın gözü tərəzidir".
Sosial şəbəkədə yayılan görüntülər fiaskoya uğradı: Abşeron İcra Hakimiyyətindən VACİB AÇIQLAMA
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.