fev
2024
00:26
156

Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

1 fev, 2024
00:26
156

Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb - FOTO

Balıq və digər su bioloji resurslarının qanunsuz ovunun qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xəzər dənizinin Lənkəran şəhəri, Şabran, Siyəzən, Xaçmaz, Xızı rayonlarının inzibati ərazisindəki akvatoriyasında və Ağcabədi rayonu Şənlik kəndindəki kollektorda qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Den.az xəbər verir ki, araşdırma zamanı onların Lənkəran rayonu Şilavar kənd sakini Rəhimov İmran Mirzəmməd oğlu, Lənkəran şəhər sakini Zamanov Elşən Süleyman oğlu, Şabran rayonu Hacıqaraqaşlı kənd sakini Şıxəliyev Ceyhun Süleyman oğlu, Siyəzən rayonu Kiçik Həmyə kənd sakini İsgəndərov Firuz Vaqif oğlu, Xaçmaz rayonu İstisu qəsəbə sakinləri Muradov Azay Mahir oğlu, Nağıyev Çingiz Nöhbala oğlu, Yaqubov Elnur Nəcəf oğlu, Xızı rayonu Şurabad kənd sakini Xəlilov Şahin Hacırza oğlu və Ağcabədi şəhər sakini Həsənzadə Nizami Cəmil oğlu olduğu məlum olub.

Faktla bağlı, həmin şəxslər barəsində “İnzibati xəta haqqında Protokol” tərtib edilib, ümumilikdə 5600 manat məbləğində cərimə olunublar.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar