Son bir neçə il ərzində Fatmayı həqiqətən də özünün ən yüksək inkişaf mərhələsinə qədəm qoyub. Bu, sadəcə sözdə deyil, əməldə də özünü göstərir. Belə ki, kənddə ən müasir standartlara cavab verən marşrut avtobusları xəttə buraxılıb, küçələrin işıqlandırılma sistemi modern səviyyədə yenidən qurulub, sakinlərin fasiləsiz su, qaz, işıq enerjisi ilə təminatı üçün bütün lazımi addımlar atılıb. Bir müddət öncə isə kəndin əsas küçə və prospektlərindəki yolların yüksək keyfiyyətlə asvaltlanması görülən işlərin pik həddi sayıla bilər.
Necə deyərlər, "Yol mədəniyyətdir". Elə bu səbəbdən də, Abşeron rayon İcra Hakimiyyəti rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun olaraq Fatmayı bələdiyyəsi tərəfindən kəndin əsas magistral yollarının asvaltlanması həm də mədəniyyətə verilən qiymətin göstəricisi hesab olunmalıdır.
Qeyd edək ki, abadlıq və quruculuq işləri nəinki Fatmayıda, eləcə də Abşeron rayonunun bütün kənd və qəsəbələrində uğurla davam etdirilir.
Fatmayıda müasir infrastruktur yaradılır-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.