Abşeron-Xızı Regional Təhsil İdarəsində təhsil işçilərinin sentyabr konfransı keçirilib.

"Den.az" xəbər verir ki, əvvəlcə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva və digər tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüb,əziz xatirəsinə ehtiramlarını bildiriblər.Kimyaçı Mədəniyyət Sarayında davam etdirilən tədbirdə Sumqayıt şəhər 1 nömrəli uşaq gənclər inkişaf mərkəzinin müəllim və şagirdlərinin hazırladıqları əl işlərinə baxılıb.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Ümummilli lider Heydər Əliyevin və vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli ölkəmizdə həyata keçirilən təhsil siyasəti, ölkə təhsilinin qabaqcıl dünya təhsil sisteminə inteqrasiyası, bu sahədə müasir infrastrukturun və maddi-texniki bazanın formalaşdırılması, kadr potensialının gücləndirilməsindən danışıb
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədov bildirib ki,Prezident İlham Əliyev və Birinci Vitse prezident Mehriban Əliyeva tərəfindən təhsilə böyük diqqət və qayğı göstərilir.Ölkə başçısının imzaladığı “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” Sərəncam təhsilverənlərin stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
2022-2023-cü tədris ilinin yekunlarına və yeni dərs ilində qarşıda duran vəzifələrə dair hesabat çıxışı edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva görülmüş işlər və əldə edilmiş nailiyyətlər, eləcə də qarşıda duran vəzifələr barədə məlumat verib. Konfransda həmçinin bir sıra məktəblərin, bağçaların müəllimləri və tərbiyəçi müəllimləri ötən tədris ilində əldə etdiyi nailiyyətlərə görə mükafatlandırılıb Daha sonra Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinin 1 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.Videoçarx izləyicilər tərəfindən alqışlarla qarşılanıb Tədbir ədəbi-bədii kompozisiyalarla davam etdirilib



