mar
2024
16:33
2 133

Tələbə bir ailənin 14 üzvünü öldürdü - Ölkəni sarsıdan QƏTL

9 mar, 2024
16:33
2 133

Tələbə bir ailənin 14 üzvünü öldürdü - Ölkəni sarsıdan QƏTL

Kanadanın paytaxtı Ottavada naməlum şəxs bıçaqla 14 nəfəri öldürüb.

Den.az xarici mediaya istinadla bildirir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 19 yaşlı şri-lankalı tələbə saxlanılıb. Polis onun həmyerliləri olan mərhumların ailəsini tanıdığını güman edir.

Kanadanın baş naziri Castin Trüdo başsağlığı verib və amansız qətl xəbərinin onu şok vəziyyətinə saldığını bildirib. O, bu cinayətin hərtərəfli araşdırılmasını və günahkarların cəzalandırılmasını istəyib.

Kanada paytaxtının meri bildirib ki, bu, şəhərin tarixində ən dəhşətli qətllərdən biridir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar