“Netanyahu 2023-cü ilin yaz və yay aylarında hərbi kəşfiyyatdan dəfələrlə xəbərdarlıq alıb.
Den.az xəbər verir ki, bu barədə “Times of Israel” nəşri məlumat yayıb.
Məlumata görə, İsrail kəşfiyyatı Baş naziri ölkənin rəqiblərinin o zaman İsraildə planlaşdırdıqları sosial çevriliş haqda xəbərdar edib.
“2023-cü ilin mart-iyul ayları arasında kəşfiyyat agentliyi dörd müxtəlif xəbərdarlıq məktubu göndərib. Kütləvi nümayişlər zamanı Hərbi Hava Qüvvələrinin ehtiyatda olan hərbçiləri və digər hərbçilər hökumətin addımlarına etiraz olaraq xidməti dayandırıblar. Bu, ordunun İsrailin müdafiə qabiliyyəti üçün mümkün fəsadlar yaradacağı barədə xəbərdarlıq etməsinə səbəb olub”, – deyə məlumatda bildirilib.
Günəş Fərəh
Den.az
İsrail kəşfiyyatından Netanyahuya xəbərdarlıq edildi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.