İran və Ermənistan ötən illərdə Təbriz və Qafan şəhərlərində qarşılıqlı olaraq baş konsulluqların açılmasına dair saziş imzalayıb. İranın Qafandakı peşəkar fəaliyyəti uğurla davam edir və bütün iranlılara konsulluq xidmətləri göstərilir.
Den.az xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib.
Onun sözlərinə görə, Ermənistan da Təbrizdə konsulluq açılması üçün hazırlıq işləri aparır:
"Təbriz şəhərində Ermənistanın baş konsulluğunun qarşılıqlı şəkildə açılması ilə bağlı İranın razılığı bu ölkənin səlahiyyətli orqanlarına çatdırılıb və Ermənistan tərəfi bunun üçün lazımi hazırlıq işləri görür”, - deyə o vurğulayıb.
Günəş Fərəh
Den.az
Ermənistan Təbrizdə konsulluq açılması üçün hazırlıq işləri aparır

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.