“İranla Ermənistanın hərbi-texniki əməkdaşlıq üzrə 500 milyon dollarlıq silah satışı üzrə sövdələşməsi məlumatlarına bir qədər fərqli prizmadan yanaşacam. İran onsuz da Ermənistan üçün nəfəslik rolunu oynayır və onun məntiqində İrəvanın Azərbaycana qarşı duruş sərgiləməsi regional aparıcı xətlərdən birini təşkil edir. İran Azərbaycana qarşı müxtəlif cəbhələrdə fəaliyyət göstərir. SEPAH bunun üçün asimmetrik müharibə, informasiya müharibəsi və Ermənistana silah və hərbi texnika ötürülməsi əməliyyatları aparır".
Bu fikirləri "Den.az"a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.
“İrəvandan qalxan təyyarələr Hələb ərazisinə dəhlizin əsas hissəsi kimi eniş edirlər. Bu əsasda, İran Ermənistanı təkcə Azərbaycanın maraqlarını sarsıtmaq üçün deyil, Tehranın Suriya və Livandakı səylərini dəstəkləmək səyləri üçün istismar edir. İranın hər iki meydandakı – Cənubi Qafqazda və Yaxın Şərqdə - hərəkətləri kompleks olaraq rəqiblərinə qarşı işləyir. Bu, İranın Ermənistandakı SEPAH kadrı olan səfiri Mehdi Sübhani vasitəsilə koordinasiya edilir. Elə Mehdi Sübhaninin bu yaxınlarda Azərbaycana qarşı yeni hədə ritorikası nümayiş etdirməsi də onun diplomatdan çox kəşfiyyat trafikindəki trayektoriyasını göstərir. Yəni Ermənistanın silahlandırılmasının daha miqyaslı konteksti mövcuddur. Ermənistan:
- Həm İrandan Suriyaya, oradan Livana silah tədarükünü ört-basdır edən gizli tranzit məntəqəsidir,
- Həm də Azərbaycana qarşı bir vasitədir.
Bu, İranın rəqibləri tərəfindən həyata keçirilə biləcək kəşfiyyat təqiblərini gizlətmək üçün seçilmiş metoddur.
Yəni İranla Ermənistan arasındakı silah satışı üzrə razılaşma İranın Yaxın Şərq üzrə gerçək niyyətlərini fasadlamaq üçün ortaya atılmış, əslində icrası iki istiqamətə yönələn addımdır. Bunun açması belədir ki, İran artıq Yaxın Şərqlə Cənubi Qafqazı eyni geosiyasi məkan kimi qiymətləndirib məsələləri Ermənistan üzərindən koordinasiya edir”.
Günəş fərəh
Den.az
İran məsələləri Ermənistan üzərindən kordinasiya edir - ŞƏRH

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.