Ermənistan və İran mədəni əməkdaşlıq haqqında saziş imzalayıb.
Den.az xəbər verir ki, Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Məhəmməd Mehdi İmanipurun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Andreasyan Ermənistan və İran arasında müxtəlif sahələrdə əməkdaşlığın vacibliyini vurğulayıb və onu dərinləşdirməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, mədəniyyət sahəsində əməkdaşlıq Ermənistan və İran arasında dövlətlərarası münasibətlərdə xüsusi yer tutur.
Mehdi İmanipour öz növbəsində müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq üçün daha böyük potensialın olduğuna əminliyini ifadə edib.
Görüş zamanı Ermənistan və İran arasında təhsil və elm sahəsində əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı bir sıra digər məsələlər də müzakirə olunub.
Günəş Fərəh,
Den.az
Ermənistan və İran arasında saziş imzalandı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.