İslam respublikasının yaranmasından indiyə qədər qeydə alınan ən aşağı seçici aktivliyi son prezident seçkisində qeydə alınıb.
Den.az xəbər verir ki, seçici aktivliyi rəsmi rəqəmlərə görə cəmi 39,9% təşkil edib. Halbuki İran rəsmiləri bu rəqəmin Rəisinin prezident seçildiyi son seçkidən daha üstün olacağını gözləyirdilər.
Diqqət çəkən məqam Tehranın seçkiyə demək olar ki, heç bir vilayətin əhalisini aktiv cəlb edə bilməməsi olub. Əksinə əvvəllər seçkidə aktiv iştirak edən bəzi bölgələrdə, o cümlədən Məhsa Əmininin ölümündən sonra başlayan etirazların mərkəzi olan vilayətlərdə böyük geriləmələr qeydə alınıb.
Belə ki, ən böyük geriləmə Kürdüstan, Xuzestan, Sistan Bəllucistan, Mazandaran, İlam, Fars və digər bölgələrdə qeyd alınıb. Ən böyük seçici aktivliyi artımı Tehran vilayətində olub.
Diqqət çəkən məqam islam respublikasının əslən azərbaycanlı olmasından istifadə edərək seçici aktivliyini artırmağa ümid etdiyi Güney Azərbaycan vilayətlərində də uğursuzluğa düçar olmasıdır. Bütün cəhdlərə baxmayaraq, azərbaycanlıların olduğu bölgələrdə yeni seçiciləri məntəqələrə cəlb etmək alınmayıb. Bunun əvəzində müəyyən geriləmələr qeydə alınıb. Ən böyük geriləmə müvafiq olaraq, Qəzvin, Həmədan, Qərbi Azərbaycan və Ərdəbildə qeydə alınıb. Ən az geriləmə isə Şərqi Azərbaycanda olub.
Bununla belə İranın müxalif media qurumları diqqəti daha çox seçici aktivliyinin ən minimum səviyyə çatmasına yönəldirlər. Onlar bunun gələcəkdə prezidentin legitim məsələləri ilə yanaşı, teokratik rejimin özünün də mövcudluğuna təsir edə biləcəyini iddia edirlər.
Qeyd edək ki, İranda son prezident seçkisi cümə günü keçirilib. Seçkidə əslən azərbaycanlı Məsud Pezişkian qalib gəlsə də onun səsi yekun qələbə üçün yetərli olmayıb. Nəticədə seçki ikinci tura qalıb.
İranda reformistlərə inam 2018-ci ildən yox olmağa başlayıb. Əvvəllər reformistlər mühafizəkarlara qarşı ölkədəki dini qaydaları yumşalda biləcək güc sayılırdısa, son illərdə bu inam yox olub.
İrana son 45 ilin seçki şoku
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.