Rusiya İranın proksilərindən Qərblə qarşıdurma üçün istifadə etməyə və qərarların qəbulu prosesinə təsir etməyə çalışır.
Den.az xəbər verir ki, bunu Amerika Müharibələrin Tədqiqatı İnstitutu yayıb.
“Kreml Yəməndəki husilərə raketlər və digər hərbi avadanlıqlar verməyi planlaşdırırdı, amma diplomatik təzyiqlərdən sonra bu fikrindən əl çəkdi. Rusiyanın planına əsasən, İranla hərbi tərəfdaşlıq artmalıdır. Moskva böyük ehtimalla İranın marionetkalarından Qərblə qarşıdurma üçün istifadə etməyə və onlarla bağlı Qərbdə qərarların qəbul prosesinə təsir etməyə çalışır.
Ümumilikdə Rusiya Prezidenti Vladimir Putinin husilərin dəstəklənməsi imkanlarını yenidən nəzərdən keçirməyə hazırlığı Rusiya-İran hərbi əməkdaşlığının dərinləşməsinin tərkib hissəsidir”, – institutun məlumatında yer alıb.
Moskvanın İran planı: Putin tam fərqli mübarizəyə başlayır

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.