Nepalda yeni Kumari — hindu tanrıçası Talejunun yer üzündəki canlı təcəssümü elan edilib.
DenMedia.az xəbər verir ki, bu statusa yalnız kiçik yaşlı qızlar sahib ola bilir.
Yeni "canlı tanrıça" – cəmi 2 yaşlı Aryatara Şakya oldu. O, 8 yaşlı Trishna Şakyanı əvəz edib.
Aryatara artıq müqəddəslik və ilahi güc simvolu hesab olunur. Kumari seçilməsi üçün o, çox sərt və mistik bir seçim mərhələsindən keçib.
Kimlər Kumari ola bilər?
-
Yalnız Newar xalqının buddist Şakya kastasından olan qızlar
-
Balaca yaşda (pubertasdan əvvəl)
-
Heç vaxt qan axıtmamalı, dişi düşməməlidir
-
Əla sağlamlıqda olmalı və 32 fiziki “mükəmməllik əlaməti” daşımalıdır
(məs: dərisi lotus rəngində, kirpikləri inək kimi, səsi ördək kimi aydın)
Ən sarsıdıcı mərhələ: Qorxu sınağı
Gələcək Kumari bir gecə məbədin içində tək qalır — otaqda kəsilmiş camış başları və dəhşətli maskalı adamlar olur.
Kim ki qorxmur və sakit qalır, gələcək tanrıça odur.
Kumari həyatı: Qadağalar və məsuliyyət
-
Aryatara artıq valideynlərindən və əkiz qardaşından ayrılıb
-
O, Kumari Çouk sarayında yaşayacaq
-
Torpağa ayaq basmaq, başqa uşaqlarla oynamaq, adi məktəbə getmək qadağandır
-
Əsas vəzifəsi – ziyarətçiləri mübarəkləmək və rəsmi dini mərasimlərdə iştirak etməkdir