DenMedia.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp isveçli ekoaktivist Qreta Tunberqi “şıltaq və əsəbi qız” adlandırıb. O, bildirib ki, Tunberq artıq ekologiya ilə maraqlanmır və “qəzəbini idarə edə bilmir”.
“O, artıq ətraf mühitlə məşğul deyil. Şıltaq qızdır, qəzəbini idarə edə bilmir. Düşünürəm, həkimə müraciət etməlidir”, — deyə Tramp Ağ Evdə jurnalistlərə bildirib.
Bu sözlərlə o, Tunberqin İsraildən deportasiyasına dair sualı cavablandırıb və aktivisti “şər və dəli” adlandırıb.