DenMedia.az xəbər verir ki, Fox 4 telekanalının yerli bölməsinin məlumatına görə, Fort-Uort şəhərində təyyarə qəzaya uğrayıb.
Hadisə Hiks mülki aerodromunun yaxınlığında baş verib. Təyyarə yerə düşdükdən sonra ətrafdakı bir neçə yük qoşqusu alovlanıb.
“Hadisə yerinə dərhal yanğınsöndürənlər və xilasedicilər göndərilib. Hazırda ölən və ya yaralananların olub-olmadığı dəqiqləşdirilir,” — deyə Fort-Uort yanğın xidməti bildirib.