ABŞ prezidenti Donald Tramp, Misir lideri Əbdül Fəttah əs-Sisi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər əmiri Təmim bin Həməd Al Tani Şarm əl-Şeyxdə keçirilən sülh sammitində İsrail və HƏMAS arasında atəşkəs sazişini imzalayıblar.
DenMedia.az xəbər verir ki, bu barədə Fox News telekanalının canlı yayımları məlumat verib.
“Bu axşam qeyd etdiyimiz tarixi irəliləyiş təkcə Qəzza müharibəsinin sonu deyil — Tanrının köməyi ilə bu, bütün Yaxın Şərq üçün yeni başlanğıc olacaq. Artıq güclü, sabit, firavan və terror yolundan qəti şəkildə imtina etmiş bir region qura bilərik,” — deyə Tramp Reuters-ə açıqlamasında bildirib.
Sammit vasitəçilərinin imzaladığı bu saziş bölgədə uzunmüddətli sülhə doğru mühüm addım kimi qiymətləndirilir.