Denmedia.az xəbər verir ki, Yunanıstanın mühafizəkar hökuməti “Hamı üçün ədalətli iş” adlı qanun layihəsini əmək bazarının çevikliyini və səmərəliliyini artırmaq məqsədilə təqdim etdiyini bəyan edib. Lakin ölkə boyu keçirilən etirazlara baxmayaraq, parlament bu qanunu qəbul edib. Yeni qanun özəl sektorda işəgötürənlərə işçilərin gündəlik iş saatlarını 8-dən 13 saata qədər artırmaq imkanı verir. Baş nazir Kiriakos Mitsotakis hökuməti bu təşəbbüsün “rəqabət qabiliyyətini artıracağını” bildirir, amma həmkarlar ittifaqları bu addımı “əmək hüquqlarının açıq şəkildə pozulması” kimi qiymətləndirir. Bu ay qanun layihəsinə qarşı artıq iki ümummilli tətil keçirilib. Dövlət qulluqçuları konfederasiyası ADEDY bəyan edib: “Bir işəgötürən üçün 13 saatlıq iş günü əmək münasibətlərinin tam deregulyasiyası deməkdir. Bu, işçilərin tükənməsi üzərində qurulan yeni bir iş modeli yaradır.” Eyni zamanda, Yunan İşçiləri Baş Konfederasiyası (GSEE) qanunu “insan ləyaqəti bahasına mənfəət aləti” adlandıraraq, hökumətdən ictimai iştirak olmadan qanun qəbul etməməyi tələb edib.
“Hamı üçün ədalətli iş” qanunu ölkəni iki yerə böldü – yunanlar küçələrdədir

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.