Denmedia.az xəbər verir ki, Türkiyə hökuməti ictimai əxlaqa zidd hesab edilən gender kimliyinin təbliğini və ifadəsini cinayət sayan qanun layihəsi üzərində işləyir.
Layihəyə görə, bioloji cinsinə zidd şəkildə davranan və ya belə davranışı təşviq edən şəxslər 1 ildən 3 ilədək həbs cəzası ala biləcəklər. Bu dəyişikliklər Türkiyə Cinayət Məcəlləsinin 225-ci maddəsinə əlavə kimi nəzərdə tutulur.
Həmçinin eyni cinsdən olan şəxslərin nişan və nikah mərasimləri də cinayət sayılacaq və bu halda 4 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Qanun media və striminq platformalarına da şamil ediləcək — filmlərdə və seriallarda eyni cins münasibətlərinin göstərilməsi “ictimai əxlaqa zidd davranışın təşviqi” kimi qiymətləndirilə bilər.
Hökumət bu addımı “ailə institutunu qorumaq və sağlam nəsillər yetişdirmək” məqsədilə atdığını bildirir.