DenMedia.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, HƏMAS-ın ali rəhbərliyi son vaxtlar İsrailin Qəzzaya hava zərbələrinə səbəb olan hadisələrdə, çox güman ki, iştirak etməyib.
“Biz istəyirik ki, HƏMAS-la bağlı vəziyyət mümkün qədər sülh yolu ilə həll olunsun. Son günlər orada atışmalar baş verib, amma bəlkə də bunlarda təşkilatın rəhbərliyi deyil, ayrı-ayrı üsyançılar iştirak edib. Hər halda, münaqişə həll olunacaq — sərt, amma ədalətli şəkildə,” – deyə Tramp vurğulayıb.