Finlandiyanın müdafiə naziri Antti Hakkanen The Guardian qəzetinə müsahibəsində bildirib ki, Ukraynadakı münaqişənin başa çatması üçün “üçtərəfli təzyiq yanaşması” vacibdir.
Onun sözlərinə görə, bu yanaşma Rusiyanın iqtisadiyyatına və enerji ixracına qarşı daha sərt sanksiyaları, Ukraynaya əhəmiyyətli hərbi yardımı və həmçinin Rusiyada pilotsuz uçuş aparatları və raketlərin istehsal olunduğu zavodların uzaqmənzilli silahlarla vurulmasını nəzərdə tutur.

