DenMedia.az xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens New York Post jurnalisti Miranda Devinə verdiyi müsahibədə fövqəltəbii qüvvələrə inandığını etiraf edib.
“Mən əminəm ki, bizim izah edə bilmədiyimiz şeylər var. Kimsə onları yadplanetli kimi görürsə, mən mələklər və ya iblislər görürəm,” — deyə Vens bildirib.
O əlavə edib ki, bəziləri görməsə də, anlamasa da və ya qiymətləndirməsə də, fiziki dünyada fəaliyyət göstərən mənəvi qüvvələr mövcuddur.
“Bu qüvvələrin insanlığa yaxşılıq, ya pislik istədiyini bilmirəm, amma çalışıram dua edim, yaxşı insan olum və işimi bacardığım qədər dürüst görüm,” — deyə vitse-prezident vurğulayıb.

