DenMedia.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski açıqlayıb ki, o, 19 noyabrda Türkiyəyə səfər edəcək. Dövlət başçısının sözlərinə görə, səfərin əsas məqsədi “danışıqların aktivləşdirilməsi” və müharibənin sonuna yaxınlaşmaq üçün yeni təkliflərin hazırlanmasıdır.
“Sabah Türkiyədə görüşlər olacaq. Biz tərəfdaşlar üçün təkliflər hazırlayırıq və bütün gücümüzlə müharibənin başa çatmasına yaxınlaşmağa çalışırıq — bu, Ukraynanın prioritetidir. Həmçinin dəyişdirmələrin bərpası və əsirlərin geri qaytarılması istiqamətində işi davam etdiririk”, — Zelenski Telegram kanalında bildirib.

