İstanbulun Kuzguncuk səmtindəki bir kofe evinin sahibi müştəridən çaya verilən limon üçün ayrıca ödəniş tələb etdiyi üçün demək olar ki, 38 min lirə məbləğində cərimələnib. Bu barədə məlumatı Türkiyənin Ticarət Nazirliyi yayıb, DenMedia.az xəbər verir.
Bir neçə gün əvvəl həmin kafedə oturan müştərilər sosial şəbəkələrdə 2260 lirəlik (54$) hesab paylaşmış, qəbzdə isə əlavə limon dilimi üçün 10 lirəlik (0,2$) ödəniş qeyd edilmişdi. Halbuki Türkiyənin əksər kafelərində limon çayın tərkib hissəsi kimi ödənişsiz verilir və bir çox yerlərdə əlavə çay da pulsuz doldurulur.
Nazirlik bunun ardından kafedə yoxlama aparıb. İnspeksiya zamanı qiymət cədvəlləri ilə bağlı 12 qayda pozuntusu aşkarlanıb.
“Kafe sahibinə inzibati cərimə tətbiq edilib. Bundan əlavə, müəssisə son üç ay ərzində satılan dörd içki növü ilə bağlı qəbzləri təqdim etməlidir.”

