Macarıstan Ukraynanın nizamlanması ilə bağlı ABŞ-ın yeni planını realist hesab edir və onun sülhə nail olmaq üçün əsas ola biləcəyinə ümid edir. Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijjarto Brüsseldə keçirdiyi bir sıra ikitərəfli görüşlərdən sonra jurnalistlərə bildirib. M1 telekanalı görüşün yayımını aparıb.
Nazir vurğulayıb ki, bu planda “Avropanın gələcək təhlükəsizliyi üçün çox vacib əsaslar” var.
“Biz hesab edirik ki, bu plan reallığı nəzərə alır. Görürük ki, bütün bəndlər mövcud vəziyyətə uyğun hazırlanıb”, — Szijjarto deyə bildirib.
Macarıstan XİN rəhbəri ümid etdiyini deyib ki, indi Ukraynada sülhün bərqərar olması üçün real imkanlar yaranıb.

