Argentina MAQATE-nin hazırkı baş direktoru Rafael Qrossinin BMT-nin növbəti baş katibi vəzifəsinə namizədliyini rəsmi şəkildə irəli sürüb. Bu barədə məlumat ölkənin Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib. Qeyd olunub ki, Qrossinin diplomatik fəaliyyəti 40 ildən artıqdır davam edir və o, peşəkarlığı ilə tanınır.
Açıqlamada vurğulanır ki, Qrossi illər boyunca qlobal təhlükəsizliyin və beynəlxalq sülhün möhkəmləndirilməsi üçün çalışıb, şəffaf və effektiv idarəçilik üslubu ilə seçilib.
BMT-nin yeni baş katibinin seçilməsi 2027–2031-ci illər üçün nəzərdə tutulub. Qrossi vəzifəyə maraqlı olduğunu artıq təsdiqləyib.
Nazirlik əlavə edib ki, onun çoxşaxəli beynəlxalq təcrübəsi və BMT Nizamnaməsinə sadiqliyi Qrossini “müasir çağırışlara cavab verən ideal namizəd” edir.

