Türkiyənin energetika naziri Alparslan Bayraktar Qara dənizdə tankerlərə edilən hücumlardan sonra ölkənin neft-qaz infrastrukturunun mühafizəsi üçün təcili tədbirlərin görülməsinə çağırıb. Denmedia.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.
Nazir mətbuat konfransında bildirib:
“Biz münaqişənin bütün tərəflərini enerji infrastrukturuna zərbələrdən çəkinməyə çağırırıq. Çünki enerji obyektləri insanların gündəlik həyatının ayrılmaz hissəsidir”.
Bayraktar həmçinin Qara dəniz, Bosfor və Dardanel boğazları boyunca yanacaq təchizatının fasiləsizliyini təmin etməyin vacibliyini xatırladıb.
Onun sözlərinə görə, Türkiyə hökumətini yalnız mülki gəmilərin təhlükəsizliyi deyil, həm də “Mavi Axın” və “Türk Axını” kimi sualtı qaz kəmərlərinin qorunması ciddi şəkildə narahat edir.
Nazir qeyd edib ki, Türkiyə neft və qaz idxalından asılı ölkədir və bu konteksdə:
“Rusiya özünü uzun illər ərzində çox etibarlı yanacaq tədarükçüsü kimi göstərib”.

