ABŞ Konqresinə müdafiə siyasəti ilə bağlı qanun layihəsinə əlavə təqdim edilib və həmin dəyişiklik layihəyə görə Pentaqon rəhbəri Pit Hegsetin 2026-ci maliyyə ilində ezamiyyət xərclərinin 75%-ə qədər azaldıla bilər. Bu barədə NBC News məlumat verib.
Məlumata görə, məhdudiyyətlər yalnız o halda aradan qaldırıla bilər ki, Hegset Karib dənizində gəmilərə endirilmiş son zərbələrlə bağlı redaktə olunmamış videoyazıları təqdim etsin.
Qeyd edilir ki, həmin dəyişikliklə qanun layihəsi bu həftə Konqresdə müzakirə olunacaq və səsverməyə çıxarılacaq.

