İsrailin kəşfiyyat xidməti “Mossad” Avstraliya ərazisində yəhudilərə qarşı hücum riskləri barədə Avstraliya tərəfdaşlarını əvvəlcədən xəbərdar edib, — bazar günü “Kan” telekanalı mənbələrə istinadən xəbər verir.
Məlumata görə, Avstraliya bu cür insidentlərin mümkünlüyü ilə bağlı bir neçə xəbərdarlıq alıb.
Bununla belə, daha əvvəl Avstraliyanın Yeni Cənubi Uels ştatının polis rəisi Mel Lanyon İsraildən bu mövzuda hər hansı məlumat daxil olmadığını bildirib.
“Əgər polis konkret tədbirə və ya yəhudi icmasına dair bu cür riskləri göstərən kəşfiyyat məlumatlarına malik olsaydı, genişmiqyaslı təhlükəsizlik tədbirləri görərdik,” — deyə o qeyd edib.
Bazar günü daha əvvəl Sidney yaxınlığındakı Bondi Beach çimərliyində iki nəfər atəş açıb. Nəticədə 12 nəfər həlak olub, 29 nəfər yaralanıb. Atəş açanlardan biri hadisə zamanı ölüb, digəri isə yaralanaraq saxlanılıb. KİV-in məlumatına görə, ölənlər arasında ən azı bir İsrail vətəndaşı var.
Bildirilir ki, hücum yəhudi bayramı Xanuka qeyd olunduğu vaxt baş verib.

