DenMedia.az xəbər verir ki,
Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanışina Fox News telekanalının efirində bildirib ki, Kiyev üçün təhlükəsizlik zəmanətləri hüquqi baxımdan məcburi olmalı, onların ləğvi və ya görməzlikdən gəlinməsi mümkün olmamalıdır.
“Bu sənəd bütün aspektlərdə hüquqi baxımdan məcburi qüvvəyə malik olmalı və heç bir şəraitdə onun ləğvinə imkan verməməlidir. Mən əminəm ki, Birləşmiş Ştatların rəhbərliyi bunun işlək ola biləcək hansısa formada təmin edilməsinə diqqət göstərəcək,” — deyə Stefanışina bildirib.

