ABŞ prezidenti Donald Tramp xalqa müraciətində Amerika ordusunu dünyanın ən güclü ordusu adlandırıb.
“Bizim indi dünyanın ən güclü ordusu var və bu danılmazdır. Mən Amerikanın gücünü bərpa etdim, 10 ay ərzində səkkiz münaqişəni nizamladım”, — deyə Tramp bildirib.
Ağ Evin rəhbərinin sözlərinə görə, bu müddət ərzində onun səyləri nəticəsində Qəzza sektorundakı müharibə də başa çatdırılıb. Tramp həmçinin girovların qarşılıqlı şəkildə azad edilməsinə nail olduğunu vurğulayıb.
ABŞ prezidenti əlavə edib ki, Milad bayramı ərəfəsində (25 dekabr) və ABŞ-ın yaranma günü münasibətilə 1,45 milyon hərbçi 1776 dollar məbləğində hərbi mükafat alacaq. Tramp qeyd edib ki, cari ildə ABŞ ordusuna qəbul rekord həddə çatıb, halbuki əvvəlki il ölkə tarixində ən zəif göstəricilərdən biri qeydə alınmışdı.

