Venesuela prezidenti Nicolas Maduro ABŞ ilə dialoq üçün şərtləri açıqlayıb. Bu barədə RIA Novosti məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ Karakasla hörmət dili ilə danışmağa və müstəmləkəçi siyasətdən imtina etməyə başlasa, Venesuela əməkdaşlıq yollarını axtarmağa hazır olacaq. Siyasətçi əlavə edib ki, Vaşinqton Venesueləyə öz iradəsini zorla qəbul etdirmək cəhdlərində bir neçə dəfə məğlub olub.

