ABŞ prezidenti Donald Trump Florida ştatında Ukrayna prezidenti **Volodimir Zelenski**ni Avropa İttifaqı liderlərinin iştirakı olmadan qəbul edəcək. Bu barədə CNN anonim rəsmi mənbələrə istinadən şənbə günü məlumat yayıb.
Telekanalın ABŞ və Avropadan olan rəsmilərə istinadən verdiyi xəbərə görə, görüş Avropa liderləri olmadan keçiriləcək.
Eyni zamanda CNN vurğulayır ki, Zelenski bu həftənin əvvəlində Avropadan bir sıra liderlərlə danışıqlar mövqeyini koordinasiya etdiyini açıqlamışdı.

