Sosial şəbəkələrdə Nikolas Maduroya bənzədilən bir kişinin hərbçilərin müşayiəti ilə əks olunduğu foto yayılıb. Görüntünü Telegram-da “PUL N3” kanalı paylaşıb.
İstifadəçilər iddia edirlər ki, bu kadrlar dövlət başçısının guya oğurlanması barədə yayılan məlumatlardan sonra onun ilk görüntüsü ola bilər.
Bu arada Donald Tramp ABŞ qüvvələrinin Venesuelaya zərbələr endirdiyini təsdiqləyib və Maduronun həyat yoldaşı ilə birlikdə ələ keçirildiyini və ölkədən çıxarıldığını bəyan edib.
Venesuela hakimiyyəti isə Trampın açıqlamalarından sonra Maduro və onun həyat yoldaşının sağ olduğunu rəsmi şəkildə təsdiqləməyi tələb edib. Ağ Ev rəhbəri əməliyyatın detalları ilə bağlı mətbuat konfransında əlavə məlumat verəcəyini bildirib.
Son məlumatlara görə, paytaxt Karakasda ən azı 11 hərbi və mülki obyekt hədəfə alınıb. Zərbələr hərbi bazalar, hava limanları, parlament binası, eləcə də Uqo Çavesin mavzoleyi daxil olmaqla müxtəlif obyektlərə endirilib.

