ABŞ-ın The Guardian qəzeti dərc etdiyi materialda ABŞ prezidenti Donald Trampın psixi sağlamlığı ilə bağlı mümkün problemlərin ola biləcəyini irəli sürüb. Nəşrin bu yazısı Ağ Evin kəskin reaksiyasına səbəb olub.
Ağ Evin mətbuat katibinin köməkçisi Liz Hyuston qəzetin iddialarını sərt şəkildə tənqid edib. Onun açıqlamasını elə The Guardian özü yayımlayıb.
“Guardian solçu dairələrin ruporudur və belə cəfəngiyyatı dərc etdiyinə görə dərindən utanmalıdır”, — deyə Hyuston bildirib.
O vurğulayıb ki, Donald Tramp çalışqan, enerjili və ABŞ vətəndaşları ilə açıq ünsiyyət quran liderdir. Hyustonun sözlərinə görə, bu xüsusiyyətlər onu əvvəlki prezident Co Baydendən kəskin şəkildə fərqləndirir.
Mətbuat katibinin köməkçisi əlavə edib ki, Baydenin hakimiyyəti dövründə bir çox media qurumları liderin ciddi psixi və fiziki zəifləməsini ictimaiyyətdən gizlədib.

