ABŞ-ın Venesuelada apardığı hərbi əməliyyat zamanı azı 100 nəfər həlak olub.
Bu barədə Bolivar Respublikası Venesuelanın daxili işlər, ədliyyə və sülh məsələləri üzrə naziri Diosdado Cabello Telesur telekanalının efirində məlumat verib.
Onun sözlərinə görə, ölənlərin əksəriyyəti baş verən hadisələrlə heç bir əlaqəsi olmayan gənclər olub. Kabello həmçinin bildirib ki, əməliyyat zamanı ABŞ xüsusi təyinatlılarının fəaliyyəti nəticəsində ölkənin ali vəzifəli şəxsləri də xəsarət alıb.
Nazirin açıqlamasına əsasən, Venesuela Prezidenti Nicolás Maduro ayağından xəsarət alıb, birinci xanım Cilia Flores isə baş nahiyəsindən travma alıb.

