Papa XIV Leo bildirib ki, ABŞ Venesuela ilə bağlı mövcud problemləri həll etmək üçün hərbi yola deyil, dialoqa və siyasi təzyiqə əsaslanan alternativlərə üstünlük verməlidir. Bu barədə Avropa KİV-ləri məlumat yayıb.
Pontifikin sözlərinə görə, Vaşinqtonun Venesuela ərazisinə mümkün hərbi əməliyyat barədə düşündüyü haqda siqnallar var:
“Venesuela ərazisinə müdaxilə ehtimalı görünür. Mən həqiqətən inanıram ki, daha doğru yol — dialoq və bəlkə də iqtisadi təzyiq vasitəsilə vəziyyətin dəyişdirilməsidir.”
Papa əlavə edib ki, əgər ABŞ Venesuelada dəyişiklik istəyirsə, bunu “başqa bir yol” ilə etmək daha düzgün olar.

