Ukrayna Prezidenti Vladimir Zelenskiy bildirib ki, ABŞ Prezidenti Donald Trumpla görüşün şərti konkret nəticələrin olmasıdır.
Onun sözlərinə görə, Amerika tərəfi ilə istənilən görüş praktiki nəticələrlə başa çatmalıdır — bu, Ukraynanın təhlükəsizliyinin və enerji sektorunun gücləndirilməsi üzrə qərarlar və ya müharibənin başa çatdırılması istiqamətində addımlar ola bilər.
“Bu səbəbdən danışıqlar yalnız müvafiq sənədlər hazır olduqda mümkündür”, — deyə Ukrayna lideri vurğulayıb.

