Fransa Prokurorluğu milyarder İlon Maskı və sahibkar Linda Yakkarinonu 20 aprel 2026-cı il tarixində dindirilmək üçün çağırıb.
Bu barədə prokurorluğun BFMTV telekanalının yaydığı rəsmi açıqlamasında bildirilib.
Eyni zamanda Fransada X sosial şəbəkəsinin (keçmiş Twitter) yerli ofisində axtarışlar aparıldığı qeyd olunur. Axtarışlar kibercinayətkarlıqla mübarizə bölməsinin əməkdaşları tərəfindən Europolun iştirakı ilə həyata keçirilir.
Araşdırma 2025-ci ilin yanvarında başlanmış istintaq çərçivəsində aparılır.

