ABŞ prezidenti Donald Tramp Ukrayna üzrə sülh razılaşmasını “bir böyük paket” formatında bağlamaq istəyir. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib. Onun sözlərini The Guardian nəşri sitat gətirib.
Zelenskinin sözlərinə görə, ABŞ prezidenti prosesin “bir böyük, gözəl qanun layihəsi” kimi – yəni büdcə xərclərinin azaldılması ilə bağlı qanun kimi – vahid paket şəklində qəbul olunmasını arzulayır. Lakin Ukrayna tərəfi hesab edir ki, razılaşmalar mərhələli şəkildə imzalanmalı və ölkə real təhlükəsizlik zəmanətləri əldə etməlidir.
ABŞ-ın NATO yanında daimi nümayəndəsi Matthew Whitaker isə bildirib ki, Trump Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün mümkün olan hər şeyi edəcək. Ağ Evin rəhbəri özü də iki ölkə arasında döyüş əməliyyatlarının dayandırılmasına nail ola biləcəyinə əminliyini ifadə edib.

