Bill Gates rəhbərlik etdiyi xeyriyyə fondu əməkdaşları qarşısında çıxış edərək, qalmaqallı maliyyəçi Ceffri Epşteynlə əlaqələrinə görə üzr istəyib.
Bu barədə The Wall Street Journal məlumat yayıb.
Milyarder ümumi toplantı zamanı həmçinin evli olduğu dövrdə nikahdan kənar münasibətlər yaşadığını etiraf edib. O bildirib ki, iki rusiyalı qadınla münasibəti olub – onlardan biri bric oyunu ilə məşğul olan şəxs, digəri isə iş mühitində tanış olduğu nüvə fizikidir.
“Mən qanunsuz heç nə etməmişəm… Epşteynlə vaxt keçirmək böyük səhv idi… Rusiya əsilli bric oyunçusu ilə… və işim vasitəsilə tanış olduğum rusiyalı nüvə fiziki ilə münasibətim olub”, – deyə Qeytsin sözləri sitat gətirilir.
Qeyts vurğulayıb ki, həmin qadınların Epşteynin qurbanları ilə heç bir əlaqəsi olmayıb. O, Epşteynin cinayətlərində iştirak etmədiyini və onun ətrafındakı qadınlarla vaxt keçirmədiyini də əlavə edib.

