İranda ABŞ və İsrailin zərbələri nəticəsində həlak olanların sayı 787 nəfərə çatıb. Bu barədə Yaxın Şərq KİV-ləri İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinə istinadən məlumat yayıb.
Bundan əvvəl 555 nəfərin öldüyü bildirilirdi. Yeni rəqəmlər itkilərin kəskin artdığını göstərir.
Məlumata görə, zərbələr azı 504 müxtəlif nöqtədə qeydə alınıb. Ölkə üzrə genişmiqyaslı dağıntılar barədə xəbər verilir.
Qırmızı Aypara Cəmiyyəti bildirib ki, fövqəladə yardım üçün 100 mindən çox əməkdaş və könüllü səfərbər edilib.

