28 fevraldan etibarən ABŞ və İsrailin zərbələri nəticəsində azı 555 İran vətəndaşı həlak olub.
Bu barədə İranın Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.
Qurumun açıqlamasını Fars agentliyi belə sitat gətirib:
“Ölkənin 131 bölgəsi son düşmən hücumlarından zərər çəkib. 555 həmvətənimiz həlak olub. Yardım, təxliyə və tibbi xidmət əməliyyatları fasiləsiz davam etdirilib.”
Məlumata görə, zərərçəkmiş ərazilərdə xilasedici və tibbi briqadalar fəaliyyətini davam etdirir.

